İrəvanda Xarici İşlər Nazirliyinin binasının qarşısında polislə etirazçılar arasında toqquşmalar başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, polis etirazçıları saxlamağa başlayıb.
Saxlanılanlar arasında deputat Qarnik Danielyan da var.
***
15:23
Keşiş Baqrat Qalstanyan tərəfdarlarına Xarici İşlər Nazirliyinin binasına hücum etmək göstərişi verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni Telegram kanalları məlumat yayıb.
Vəziyyətin gərgin olduğu bildirilir, etirazçılar arasında açıq-aşkar aqressiv əhval-ruhiyyəli təxribatçıların olduğu deyilir.
Polis etirazçıların qarşısını almağa çalışır.
Ermənistan polisi etirazçılara XİN-in binasının xüsusi mühafizə olunan obyekt olduğuna dair xəbərdarlıq edib./apa
***
13:54
Ermənistanın paytaxtı İrəvan şəhərində qarşıdurma yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistan mediasına yer alan məlumata görə, İrəvanda Xarici İşlər Nazirliyinin binasında keşiş Baqrat Qalstanyanın tərəfdarları ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.
Binanın qarşısına əlavə polis qüvvələri cəlb olunur.
Erməni Telegram kanalları Qalstanyanın qadınlara geri çəkilmələri üçün göstəriş verdiyini və insanları toqquşmağa hazırladığına dair məlumat yayıb.
















