• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Ermənistana Azərbaycanla heç bir müharibə lazım deyil" - Paşinyan

DÜNYA

04 Dekabr 2024 | 19:20 | Müəllif: Subhan Mahmudov

"Ermənistana Azərbaycanla heç bir müharibə lazım deyil" - Paşinyan

"Ermənistan hakimiyyətinə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

"Bizə daxili siyasi mövqeləri gücləndirmək üçün mütləq hər hansı müharibə lazım deyil. Əksinə, regionda sabitlikdən faydalanırıq. Regional vəziyyətin sabitliyini pozmaqda maraqlı olan qüvvələr var. Ermənistanın vəzifəsi heç bir təxribata boyun əyməmək və öz mövqeyini yorulmadan izah etməkdir. Bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur. tezliklə sərhədin növbəti hissəsində delimitasiya prosesinə başlanmalıdır”, - deyə Paşinyan qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026