• Bakı C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Ermənistana verilən vaxt başa çatdı: "Erməni silahlıları və separatçıları..."

CƏMİYYƏT

24 Avqust 2023 | 13:45

Ermənistana verilən vaxt başa çatdı: Erməni silahlıları və separatçıları...

İrəvan Bakıya sülh sazişi üzrə yeni təkliflər təqdim edib.

Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında "Biz Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında yeni təkliflərimizi Azərbaycan tərəfinə vermişik" deyib. 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Bakivaxti.az-a açıqlamasında deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, guya İrəvan sülh tərəfdarıdır. 

Partiya rəhbərinin sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, guya İrəvan sülh tərəfdarıdır: "N.Paşinyan mütəmadi sülh təkliflərini gündəmə gətirməklə göstərir ki, guya Ermənistan danışıqlardan qaçmır, müzakirələrə açıqdır. Təbii ki, İrəvanın sülh təklifləri rəsmi Bakı tərəfindən qəbul oluna bilməz. Paşinyan da bunu yaxşı bilir və fərqindədir ki, onun təklifləri heç bir halda qəbul edilməyəcək. Azərbaycanın konkret 5 əsas şərti var və bunlar da beynəlxalq prinsiplərə əsaslanır. Ermənistan məğlub tərəf kimi qalib Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətindədir. O da məlumdur ki, İrəvan hökumətinin sözü ilə əməli üst-üstə düşmür. Mütəmadi olaraq görürük ki, Ermənistan tərəfindən ardıcıl təxribatlar törədilməkdədir. Xüsusən, son dövrlərdə ermənilər daha çox aktivləşib. Azərbaycana xəbərdarlıq edilmədən şərti sərhədlərə "humanitar yardım" adı altında yük maşınlarının gətirilməsi, məsələnin BMT-yə daşınması, xarici ölkələrin prosesə cəlb edilməsi, həm sərhəddə, həm də Qarabağda təxribatlara əl atılması da sübut edir ki, İrəvan sadəcə sözdə "sülh tərəfdarıdır". Əslində isə İrəvan sülh danışıqlarının mümkün qədər uzanmasını, prosesin qeyri-müəyyən şəkildə davam etməsini istəyir və revanş niyyəti güdür". 

Həmsöhbətimiz vurğulayıb ki, rəsmi Bakı İrəvan hökumətinin addımlarını mütləq mənada diqqətə almalıdır: 

"Ermənistan baş nazirinin, onun rəsmilərinin, eləcə də separatçıların nazı ilə çox oynamağın vaxtı bitib. Çox sərt addımlar atmalıyıq. Azərbaycan öz ərazisində nəzarəti tam olaraq əlinə götürməli, Qarabağı erməni silahlı qüvvələrindən, separatçılardan təmizlənməlidir. Əks halda Ermənistan sülhə yaxın durmayacaq və təxribatlara davam edəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR