• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənilərin "qələbə simvolu" olan tank Hərbi Qənimətlər Parkında quraşdırılır - FOTO

CƏMİYYƏT

23 Sentyabr 2023 | 13:03

Ermənilərin "qələbə simvolu" olan tank Hərbi Qənimətlər Parkında quraşdırılır - FOTO

1992-ci ildə Azərbaycan ərazilərinin işğalı zamanı ermənilərin Şuşa şəhərinin girişində “özlərinin qələbə rəmzi” kimi qoyduqları tank demontaj edilib.

Bakıvaxtı.az xəbər verir ki, tank Bakıya Hərbi Qənimətlər Parkına gətirilib. Hazırda ekspozisiya nümayiş olunması üçün parkda quraşdırılır. Artıq indidən tamaşaçılar tanka baxmaq üçün Parkı ziayarətə gəlir.

Qeyd edək ki, tank işğalçı qüvvələrin Şuşa şəhərinə hücumu vaxtı şəhərə girməyə çalışan birinci tank olub.

Həmin 442 nömrəli tankı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov vurub.

 

11:07

Xankəndi-Şuşa yolunda ermənilərin Birinci Qarabağ müharibəsində “qələbəsinin” “simvolu” olan tank Bakıya gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Tank Bakıda yerləşən Hərbi Qənimətlər Parkına yerləşdirlib.

Qeyd edək ki, həmin tank ötən gün sökülərək Bakıya yola düşüb.

Xatırladaq ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə “abidə” kimi quraşdırılmışdı.

Xatırladaq ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.


Ermənilərin "qələbə simvolu" olan tank Hərbi Qənimətlər Parkında quraşdırılır - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR