• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistanda 3-cü Avrasiya İqtisadi Forumu keçiriləcək

SİYASƏT

25 Sentyabr 2024 | 11:14 | Müəllif: Gülşən Şərif

Ermənistanda 3-cü Avrasiya İqtisadi Forumu keçiriləcək

İrəvan sentyabrın 30-dan oktyabrın 1-dək ölkənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) orqanlarında sədrliyi çərçivəsində təşkil olunacaq 3-cü Avrasiya İqtisadi Forumuna ev sahibliyi edəcək. 

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Avrasiya İqtisadi İttifaqı haqqında" Müqavilənin imzalanmasının 10 illiyinə həsr olunmuş forum "Aİİ-nin 10 ili: perspektivlər və prioritetlər" adı altında keçiriləcək. Görüşlər və müzakirələr təşkilata üzv dövlətlərin və üçüncü ölkələrin iri, orta və kiçik biznes rəhbərləri arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin Aİİ ölkələrinin dövlət orqanlarının rəhbərləri, elm və təhsil təşkilatlarının nümayəndələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə yönəldiləcək. 

Avrasiya İqtisadi Komissiyası nümayəndələrinin Aİİ-nin transsərhəd bazarlarında ədalətli rəqabətin təmin edilməsi məsələlərinə dair erməni biznesi ilə görüşü də planlaşdırılır.

Qeyd edək ki, Ermənistan 2024-cü il yanvarın 1-dən Aİİ orqanlarına sədrliyə başlayıb. Ölkə bu ilin sonuna kimi Ali Avrasiya İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyasının Şurasına sədrlik edəcək. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026