• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

İlham Əliyevlə Nikol Paşinyanın görüşü olub - VİDEO - YENİLƏNİB

SİYASƏT

24 Oktyabr 2024 | 17:03 | Müəllif: Əli Hüseynov

İlham Əliyevlə Nikol Paşinyanın görüşü olub - VİDEO - YENİLƏNİB

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib

***

16:12.

Kazanda Azərbaycanın Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüş XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının iclası zamanı baş tutub.

***

14:58

Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 


İlham Əliyevlə Nikol Paşinyanın görüşü olub - VİDEO - YENİLƏNİBİlham Əliyevlə Nikol Paşinyanın görüşü olub - VİDEO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026