• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistanda keçmiş deputatın avtomobili qumbara ilə partladıldı

HADİSƏ

22 Iyun 2021 | 13:17

Ermənistanda keçmiş deputatın avtomobili qumbara ilə partladıldı

Ermənistan Respublikaçılar Partiyasından keçmiş deputat Miqran Akopyanın avtomobili qumbara ilə partladılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sabiq deputatın özü “Sputnik Armeniya”ya məlumat verib.

Onun sözlərinə görə, hadisə səhər saat 9.30 radələrində baş verib: “Partlayış nəticəsində mənim və qonşumun maşını zədələnib”.

Keçmiş deputat hadisəni siyasi fəaliyyəti ilə əlaqələndirib.

Qeyd edək ki, Miqran Akopyan “Kvartet Media” şirkətinin həmtəsisçisi, keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi “Şərəf duyuram” seçki blokunun fəallarındandır. Akopyan 2017-ci ilin aprelindən 2018-ci ilin dekabrınadək deputat olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026