• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənistanda sərbəst silah gəzdirməyə İCAZƏ VERİLƏCƏK

DÜNYA

04 Dekabr 2023 | 16:47

Ermənistanda sərbəst silah gəzdirməyə İCAZƏ VERİLƏCƏK

Ermənistanda insanlara sərbəst şəkildə silah gəzdirməyə icazə veriləcək.

Bakıvaxtı.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasının deputatı Vilen Qabrielyan bildirib.

O qeyd edib ki, parlamentin müdafiə və təhlükəsizlik komitəsi bununla bağlı müvafiq qərar qəbul edib.

Deputat bildirib ki, məqsəd korrupsiya təzahürlərinin aradan qaldırılması, qanunsuz silahların sayının azaldılması və onların tədricən qeyri-qanuni dövriyyədən çıxarılmasıdır.

“Əqli sağlamlığı yerində olan insanlar müvafiq lisenziyaya sahib olduqdan sonra odlu silah gəzdirə biləcəklər”, - V. Qabrielyan söyləyib.


SON XƏBƏRLƏR

26 Iyul 2024