Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 73-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda məlumat yerli hakimiyyət orqanlarının təqdim etdiyi hesabatda öz əksini tapıb.
Qeyd olunub ki, ölüm halları ən çox İşikava prefekturasının şəhərlərində - Vacima və Suzuda qeydə alınıb.
Təbii fəlakət nəticəsində 100 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
***
11:06
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 65-ə çatıb.
Bakıvaxtı.az TASSa istinadən xəbər verir ki, məlumatı Yaponiyanın regional hakimiyyəti yayıb.
Bidirilib ki, 100-dən çox insan yaralanıb, 200-dən artıq yaşayış binası dağılıb.
















