Ermənistanda ehtiyatda olan çavuş Azərbaycanla sərhəddə yerləşən döyüş mövqeyində öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Sentyabrın 13 -də, saat 22:00 radələrində, cənub -şərq istiqamətdə yerləşən döyüş mövqeyində, ilkin məlumatlara görə, döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində 1978 -ci il təvəllüdlü ehtiyat çavuş Mkrtich Hovakimyan ölümcül güllə yarası alıb", - məlumatda deyilir.
Məlumata görə, ehtiyatda olan əsgərlərin birinin ölümündə və digərinin yaralanmasında şübhəli bilinən 36 yaşlı İrəvan sakini Levon S. saxlanılıb.
Avqustun 25-dən etibarən Ermənistanda ehtiyatda olanların üç aylıq hərbi təlim keçirilir. Təlim iştirakçıları 10 sentyabrda döyüş mövqelərinə gediblər.
















