• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

CƏMİYYƏT

14 Oktyabr 2021 | 13:27 | Müəllif: Subhan Mahmudov

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Ötən gecə İmişli şəhəri, N.Nərimanov küçəsində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Bakıvaxtı.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaş Əliyev Həzi Nəcəfqulu oğluna məxsus beşotaqlı fərdi yaşayış evində baş verdiyi müəyyən olunub.

Yanğınsöndürmə bölmələrinin səyi ilə yanğın qısa müddətdə genişlənməsinin qarşısı alınaraq söndürülüb. Yanğın nəticəsində evin 1 otağının yanar konstruksiyaları və əşyaları, zirzəmisi qismən yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının evin qalan hissəsinə yayılmasının qarşısı alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026