• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Havanı çirkləndirən sexin sahibi CƏRİMƏLƏNDİ

CƏMİYYƏT

13 Noyabr 2021 | 10:01 | Müəllif: Subhan Mahmudov

Havanı çirkləndirən sexin sahibi CƏRİMƏLƏNDİ

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən armatur sexindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, faktla bağlı sexin sahibi Hüseyn Quliyev barəsində akt, protokol tərtib edilib və o, 4000 manat məbləğində cərimə olunub.

Onun sözlərinə görə, sexdə təmizləyici qurğunun quraşdırılması üçün obyekt sahibinə məcburi göstəriş verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026