• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

AYB-də üzlük haqqını ödəməyənlər təşkilatdan çıxarılacaq?

CƏMİYYƏT

12 Dekabr 2021 | 22:58 | Müəllif: Qalib İbrahimoğlu

AYB-də üzlük haqqını ödəməyənlər təşkilatdan çıxarılacaq?

Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti iclası keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Birliyin katibi və qəbul komissiyasının sədri Səlim Babullaoğlu APA-ya açıqlamasında bildirib ki, iclasda üzvlük haqqı məsələsinə baxılıb və qərara alınıb ki, AYB üzvlərinin 2019-cu ilin sonunadək olan üzvlük borcları silinsin.

"Yeni qərara əsasən, 2020 və 2021-ci illərə görə üzvlük haqqının ödənilməsi üçün 30 yanvar 2022-ci il tarixinə qədər vaxt veriləcək. Üzrlü səbəb olmadan bu müddətə qədər üzvlük haqqı ödəməyən AYB üzvlərinin təşkilatda qalmaqları məsələsinə baxılacaq", - deyə S.Babullaoğlu bildirib.

Qeyd edək ki, AYİB-ə üzvlük haqqı illik 15 manatdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026