• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Çörəyin tərkibindəki zərərləri bilsəniz, ondan uzaq durarsınız - Dietoloq

CƏMİYYƏT

11 Yanvar 2022 | 20:42 | Müəllif: Qalib İbrahimoğlu

Çörəyin tərkibindəki zərərləri bilsəniz, ondan uzaq durarsınız - Dietoloq

Son günlərdə çörəyin bahalaşması səbəbilə gündəlik qida rasionundan çörəyi çıxaran insanların sayı artır. Bəs, ümumiyyətlə, çörəyin insan orqanizminə hansı xeyir və zərərləri var?

Dietoloq Ofeliya Tahirova Bakıvaxtı.az-a bildirib ki, insanlar çörəkdən istifadə etməməklə özlərinə yaxşılıq etmiş olurlar: “Mən çörəyin əleyhinəyəm. Bizim hal-hazırda qəbul etdiyimiz çörəyin tərkibi əvvəlki ilə eyni deyil. Nəzərə alsaq ki, buğda geni dəyişdirilmiş qida məhsullarından ən öndə gələnidi və beləliklə, çörəyin insan orqanizminə nə qədər zərərli olduğu burdan bilinir”.

Bəzən deyirlər ki, bizim nənə-babalarımız da çörək istifadə edib, amma kökəlməyiblər. Dietoloq deyir ki, çünki əvvəllər çörək tam orqanik idi. Bundan əlavə əvvəllər ətraf-mühit bu qədər çirklənməmişdi, torpağın tərkibi daha münbit, sağlıqlı idi. Buğda əgər orqanik yetişdirilirsə, onun lift qatı üzərində qalır: “Amma məsələn, bizim indi yediyimiz çörək ağappaqdı. Bizə çörəyin lift qatı lazımdır və o, emal görür deyə, biz ordakı lazımlı maddələri ala bilmirik. Bəzən deyirlər ki, buğdanı Allah yetirib, niyə deyirsiniz ziyandı?! Axı, Allah çörəyi bizə un şəklində yetirməyib. Allah lazım bilsəydi, buğdanın üz qabığı olmadan, un şəklində yaradardı. Buğdanın tərkibində bu saat daha çox qlüten qalıb. Qlütenin də insan orqanizminə mənfi təsirini demək olar ki, hamı bilir. Qlüten insanda mədə-bağırsaq həssaslığı yaradır. Diqqət etsək görərik ki, bəzi insanlar çörək yeyən kimi deyirlər ki, köpdüm, həzmsizlik, qəbzlik verdi. Bu, həmin insanın bağırsaq mikroflorasının, ümumi orqanizminin qlütenə olan həssaslığıdır”.

Ofeliya Tahirova

O.Tahirova azərbaycanlıların çörəkdən asılılığından da söz açıb. Dediyinə görə, bizim millət çörəyi bir-iki tikə yeməklə kifayətlənmir: “Biz çox miqdarda çörək yeməyə vərdiş etmişik. Çörəkdən çox asılı olan insanlar gün ərzində qara undan hazırlanan çörəkdən bir-iki tikə yeməklə özlərini buna vərdiş etdirə bilərlər. Amma bu gün qara undan hazırlanan çörəklərin belə tərkibində qatqı maddələri var. Onun rəngini tündləşdirmək üçün maddələr əlavə edirlər ki, guya tam kəpəklidir”.

Həmsöhbətimiz bildirib ki, bizim artıq çəki yığmağımıza səbəb ən çox da çörəyin tərkibindəki mayaya görədir: “Əvvəllər çörək acıtma yolu ilə hazırlanırdı. Acıtma yolu ilə hazırlanan çörəkdə maya götürülürdü. İndi çörək necə şişir o boyda olur? Tərkibindəki qlüten, lift qatının olmaması və üstəgəl mayanın əlavə olunması çörəyi elə şişirir”.

O.Tahirova bir mütəxəssis kimi hamıya məsləhət görür ki, çörəyi həyatlarından çıxarsınlar: “Çörək bizim genetik alışqanlığımızdır. Gözümüzü açandan çörək yemişik deyə bədənimizdə artıq çörəyə qarşı bir istək var. Amma insan istəsə, çörəyi tamamilə həyatından çıxara bilər”. “İnsan var ki, çörək yeyir deyə, dərisində səpkilər yaranır. Bundan əlavə, çoxunun çörək yedikdən sonra yuxusu gəlir, halsızlaşır. Bunların hamısı, dediyim kimi, çörəyin tərkibindəki qatqılara, qlütenə görədir. Xüsusilə axşam saatlarında çörəkdən heç istifadə olunmamalıdır. Əslində mən insanları qınamıram. Marketlərdə bütün ərzaqlar o qədər bahadır ki, insanlar çörəkdən istifadə etməklə doymağa çalışır. Yenə də məsləhətim budur ki, insanlar rasionundan çörəyi tamamilə çıxarsınlar, əmin olun ki, özünüzü daha yaxşı hiss edəcəksiniz”,- deyə dietoloq əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026