• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda baxımsız qalan 2 uşaq nəzarətə götürüldü

CƏMİYYƏT

10 Fevral 2022 | 18:48 | Müəllif: Subhan Mahmudov

Bakıda baxımsız qalan 2 uşaq nəzarətə götürüldü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Nərimanov rayonunda baxımsız qalan iki yaşlı körpə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Bakıvaxtı.az-a bildirib ki, faktla bağlı quruma müraciət daxil olub.

Onun sözlərinə görə, Dövlət Komitəsi də məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda Daxili İşlər Nazirliyinə müraciət edib.

Bundan sonra uşağın yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, uşağın anası Belarus vətəndaşıdır, atası isə tüfeyli həyat tərzi sürür.

Bu səbəbdən uşaq oradan götürülüb və müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Həmçinin azyaşlı dövlətin nəzarətinə götürülüb.

Hazırda körpənin müayinələrinə başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026