• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ÜST-dən COVID-19-la bağlı QORXULU XƏBƏR

CƏMİYYƏT

12 Mart 2022 | 17:46 | Müəllif: Qalib İbrahimoğlu

ÜST-dən COVID-19-la bağlı QORXULU XƏBƏR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləş miş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının verdiyi birgə yazılı açıqlamada COVID-19-un heyvanlar arasında yayılması məsələsi müzakirə edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST və onu müşayiət edən beynəlxalq təşkilatlar COVID-19-un təbiətdə yayılmasının yeni variantların ortaya çıxmasını asanlaşdıracağına dair narahatlıqlar fonunda virusun heyvanlar arasında ötürülməsini yaxından izlədiklərini açıqlayıb. 

Açıqlamada bildirilib ki, virusun bəzi heyvan növləri ilə yanaşı, insandan insana da keçdiyi müşahidə edilib. Virus ferma heyvanlarına, gəlincik, bəbir, maral, xüsusən də it və pişik kimi ev heyvanlarına da keçə bilər. 

Bildirilib ki, COVID-19 epidemiyasının vəhşi təbiətə daxil olması narahatlıq yaradır. ÜST-ün araşdırmaları nəticəsində ABŞ-dakı maralların üçdə birinə COVID-19-un insanlar tərəfindən ötürüldüyü bildirilib (xəzərxəbər). Bəyanatda 3 təşkilat bütün ölkələri heyvanlar və insanlar arasında virus sirkulyasiyası riskini və yoluxmuş heyvanlarda COVID-19-un inkişaf riskini azaltmaq üçün tədbirlər görməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026