• Bakı 22° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Aysel yenə əməliyyat olundu

CƏMİYYƏT

11 Aprel 2022 | 17:18 | Müəllif: Qalib İbrahimoğlu

Aysel yenə əməliyyat olundu

Aprelin 3-də Bakıda partlayış olan "Location" gecə klubunda xəsarət alan bloger Aysel Şükürova növbəti dəfə əməliyyat olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bloger Raul məlumat yayıb.

Onun bildirdiyinə görə, Aysel bu gün əməliyyat olunub.

Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 4 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova, klubda əylənənlərdən 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva, aşpaz, 2001-ci il təvəllüdlü Gülbala Abdullayev, ofisiant, 21 yaşlı Ayxan Fətullazadə), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026