• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ: Bu yolda sürüşmə aktivləşir - VİDEO

CƏMİYYƏT

11 May 2022 | 16:12 | Müəllif: Qalib İbrahimoğlu

SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ: Bu yolda sürüşmə aktivləşir - VİDEO

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sürüşmə zonalarından keçən avtomobil yollarında bir-sıra problemlərə səbəb olur.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, bunun qarşısını almaq məsədilə hazırda AAYDA tərəfindən qabaqlayıcı tədbirlər görülür. 

Belə ki, Quba-Xınalıq yolunda intensiv yağıntılar nəticəsində yola yaxın ərazilərdə aktivləşən sürüşmə nöqtələri müəyyən edilir. Baş verə biləcək sürüşmə nəticəsində torpaq və qaya qruntunun yolun hərəkət hissəsinə tökülərək hərəkətə maneə yaratmasının qarşını almaq üçün öncədən həmin qrunt təhlükəsiz şəraitdə əraziyə dağıdılır.

Bununla sürüşmənin fəsadlarına qarşı önləyici tədbirlər aparılır. 

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026