Xəbər verdiyimiz kimi, Bakı-Naxçıvan-Bakı aviabiletlərinin qiyməti 10 manat artırılıb. Aviabiletlərin qiymət artımını quru sərhədlərin hələ də bağlı olması ilə əlaqələndirirlər.
Ümumiyyətlə, yaxın günlərdə quru sərhədlərin açılması gözlənilirmi?
Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Bakıvaxtı.az-a bildirib ki, bu barədə hələ yeni bir məlumat yoxdur:
“Hazırda məndə bu barədə məlumat yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqinin də keçiriləcəyi vaxtla bağlı məndə məlumat yoxdur”.
Nuranə Daxilqızı
















