• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyada koronavirusun yayılma əmsalı artıb

CƏMİYYƏT

10 Iyul 2022 | 10:53

Rusiyada koronavirusun yayılma əmsalı artıb

Rusiyada koronavirusun yayılma əmsalı 1,13-ə çatıb ki, bu da ilin əvvəlindən ən yüksək göstəricidir.

Bakıvaxtı.az  xəbər verir ki, bu statistikanı TASS tərtib edib. Statistika federal operativ qərargahların açıqladığı rəqəmlər əsasında hazırlanıb.
Ən az yoluxma əmsalı Krasnodar vilayəti (0,81) və Sverdlov vilayətində (0,99) qeydə alınıb.

Ən yuxarı əmsal Peterburq, Samara, Moskva, Rostov şəhərlərində qeydə alınıb. Nijeqorod vilayətində əmsal 1,69-a bərabərdir ki, bu da il ərzində Federasiya üzrə ən yüksək göstəricidir.

Qeyd edək ki, yayılma əmsalı dedikdə 1 xəstənin neçə nəfəri yoluxdura bilməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026