• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Evdən oğurluq edən keçmiş məhkum saxlanıldı

CƏMİYYƏT

11 May 2022 | 14:06 | Müəllif: Subhan Mahmudov

Evdən oğurluq edən keçmiş məhkum saxlanıldı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Əhmədov saxlanılıb. Araşdırmalarla onun 100 min rubl, 500 ABŞ dolları və 150 manat pul oğurladığı müəyyən edilib.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və X.Əhmədovun digər cinayətlərdə də iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026