• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yazıçılardan Mirşahinə CAVAB: “Kitab mağazasına girsin”

CƏMİYYƏT

11 Aprel 2022 | 15:36 | Müəllif: Qalib İbrahimoğlu

Yazıçılardan Mirşahinə CAVAB: “Kitab mağazasına girsin”

“Real” Televiziyasının sədri Mirşahin Ağayev yazıçı və şairləri sərt tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, M.Ağayev qələm sahiblərinin Vətən Müharibəsindəki qələbəmizlə bağlı əsərlər yaratmamalarından şikayətlənib: “Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar? Tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətin idi. Gərək üstündən xeyli keçsin, mövzu oturuşsun və s. İndiki qələbəmiz var. Özü də necə bir qələbəmiz... Dünyaya nümunə olan. Hamı bu qələbəni öyrənir, tətbiq edir. Bəs hanı bizim “den pobedimiz”?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?! Hara qeyb olmusuz? Kompleksdən çıxın hörmətli qələm sahibləri. Yazın, qələbəmizi vəsf edin! Yazın... İnsanlar şəhid olub, əlini-qolunu, gözünü itiriblər. Azərbaycanın qalibiyyətinə layiq olmağa çalışın. Noyabrda Qələbəmizin 2 ili olacaq. Amma 2 əsərimiz belə yoxdur. Onu da Prezident yazmalıdır? Azərbaycanın qələbəsi heç də Lev Tolstoya “Hərb və sülh” yazdıran qələbədən əskik deyil. Əksinə artıqdır. Bəlkə əskik olan sizsiz?! Əgər belə deyilsə, sübut edin”.

 

Aqil Abbas: “Mirşahinin dediklərində həqiqət var, amma…”

Millət vəkili, yazıçı Aqil Abbas Bakıvaxtı.az-a bu mövzuda Mirşahin Ağayevə haqq verdiyini bildirib: “Düz deyir. 2 ildə qələbəmizlə bağlı nə bir film çıxıb, nə kino çəkilib. Ola bilər ki, sevinci yaşayırlar”.

Amma özünün yazdığını deyən Aqil Abbas “Dolu” filminin 2-ci hissəsini artıq tamamladığını və Mədəniyyət Nazirliyinə təqdim edəcəyini bildirib: “Bu barədə Nazirliklə danışmışam”.

Çingiz Abdullayev: “Bilməyənlərə nə qədər əsər yazıldığını göstərmək olar”

Xalq yazıçısı Çingiz Abdullayev isə bildirib ki, qələbəmizlə bağlı əsərlər yazılıb və sübut da edə bilər: “Mən inanmıram ki, Mirşahin Ağayev belə fikir irəli sürsün. Çünki bilməyənlərə nə qədər əsər yazıldığını göstərmək olar. Bilməyənlər kitab mağazasına girsin. Xeyli nəşriyyatlar qələbə ilə bağlı kitab buraxıb”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026