"Müdrik, israrlı, böyükürəkli, saf düşüncəli və vicdanlı".
Bakıvaxtı.az xəbər verir ki, bunu mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova atası haqqında yazıb.
"Atam həyatdan köçdü. O, təkcə ssenarilər, pyeslər yazan böyük dramaturq deyildi, həm də böyük insan idi" yazan Fatimə əlavə edib ki, onun obrazı, örnəyi həmişə bizimlə olacaq: "Ümid edirəm ki, bir çox insanlar üçün örnək olacaq".
Onun yazdığına görə, Rüstəm İbrahimbəyovla vida mərasimi martın 13-də - sabah saat 13:00-da Mərkəzi Kino Evinin Böyük zalında (Moskvada) keçiriləcək.
Qeyd edək ki, yazıçı martın 10-dan 11-nə keçən gecə Moskvada vəfat edib. R.İbrahimbəyov uzun sürən xəstəlikdən sonra 83 yaşında dünyasını dəyişib.
Aytac Aslan
















