Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.
Bakıvaxtı.az-ın məlumatına görə, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, 16 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılıb:
"Təəssüf ki, fakt öz təsdiqini tapdı. Erkən nikah və onun fəsadları barədə kifayət qədər maarifləndirici tədbirlər görülsə də, görünür hələ də bu kimi məsələlərə etinasız yanaşanlar var. Dövlət Komitəsinə daxil olan məlumata görə, yetkinlik yaşına çatmayan qız xəstəxanaya aparılarkən ağır vəziyyətdə olduğuna görə həyatı təhlükə altında olub" (report).
T.Mərdanoğlu bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək.
***
09:58
Gəncədə 16 yaşlı qız ana olub.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, şəhər sakini S.Abbasova (ad-soyad şərtidir) Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada uşaq dünyaya gətirib.
Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurması məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
















