• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Prokuror işdən çıxarılmayıb - RƏSMİ

CƏMİYYƏT

10 Fevral 2022 | 19:19 | Müəllif: Subhan Mahmudov

Prokuror işdən çıxarılmayıb - RƏSMİ

Baş Prokurorluq Masallı rayonunun prokurorunun işdən çıxarılması barədə xəbərlərlə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, qurumun açıqlamasında deyilir:

“Bəzi kütləvi informasiya vasitələrində Masallı rayon prokuroru Vəli Mustafayevin xidməti vəzifəsindən azad edilərək prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı  informasiyalar yayılıb.

Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, həqiqətə uyğun olmayan, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağan olunduğundan həmin media subyektləri barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026