• Bakı 26° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Hərbi texnikaların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzi aşkarlandı

CƏMİYYƏT

20 Noyabr 2023 | 20:19

Hərbi texnikaların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzi aşkarlandı

Cari ilin 19-20 sentyabr tarixlərində 24 saatdan az müddətdə anti-terror tədbirlərindən sonra bölgədə mina təmizləmə fəaliyyəti, habelə kommunikasiya xətlərinin və yeni təchizat yollarının bərpası məqsədilə Müdafiə Nazirliyinin digər aidiyyəti qurumlarla apardığı fəaliyyətin ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasını bir daha göstərdiyi vurğulanıb.

Bakıvaxtı.az xəbər verir ki, Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı anti-terror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinqində bildirilib ki, aparılan işlər nəticəsində ərazilərimizdə böyük bir hissəsi mülki infrastrukturlarda yerləşdirilən hərbi maşınlar, müxtəlif çaplı silahlar və sursatların aşkarlandığı bildirilib.

Xüsusilə, “Kornet” və “Faqot” tank əleyhinə idarə olunan raket sistemlərinin, 2021-ci il istehsalı olan TOS-1A tipli reaktiv yaylım atəşi sistemlərinin raketlərinin aşkarlandığı qeyd olunub. Bununla yanaşı, son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyət barədə məlumat verilib.


SON XƏBƏRLƏR

20 Iyul 2024