• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Prezidentlə xanımı Şuşakənddə

CƏMİYYƏT

20 Dekabr 2023 | 17:59

Prezidentlə xanımı Şuşakənddə

Dekabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.

Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb.

Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.


Prezidentlə xanımı Şuşakənddə
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026