• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mikayıl Cabbarov "Linkedin" şirkətinin təsisçisi ilə görüşdü

CƏMİYYƏT

19 Yanvar 2024 | 17:40

Mikayıl Cabbarov "Linkedin" şirkətinin təsisçisi ilə görüşdü

Davos İqtisadi Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov "Linkedin" şirkəti ilə potensial əməkdaşlıq sahələri barədə müzakirələr aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, "Linkedin" şirkətinin həmtəsisçisi və məhsulun idarə olunması üzrə vitse-prezidenti Allen Blu ilə Davos İqtisadi Forumu çərçivəsində baş tutan görüşdə əmək bazarında və biznes seqmentində inteqrativ həllərin yaratdığı imkanlar, kadr potensialının müəyyən edilməsi istiqamətində sosial platformaların fəaliyyəti və potensial əməkdaşlıq sahələri barədə müzkairələr aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026