• Bakı 23° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Ermənistanın riyakarlığı: Rəsmi İrəvan qalıcı sülh istəmir

SİYASƏT

04 Oktyabr 2024 | 14:23

Ermənistanın riyakarlığı: Rəsmi İrəvan qalıcı sülh istəmir

"Ermənistanın sülhə can atması, daha doğrusu belə bir görüntü yaratması riyakarlıqdır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, Ermənistan heç də üzdə göstərdiyi kimi sülhsevər, sülhpərvər ölkə deyil və məqsədi də qalıcı sülh imzalamaq deyil:

"Ermənistan işğalçı və müharibədən məğlub çıxmış ölkə olaraq özünü Azərbaycanla bərabərhüquqlu dövlət kimi aparmağa çalışır. Əslində qarşı tərəf, yəni Ermənistan məğlub, müharibəni uduzmuş ölkədir və Azərbaycanla müqavilə imzalamağa məcburdur”.

T.Abbaslı qeyd edib ki, indiki halda Ermənistanın Azərbaycana qarşı çıxacaq ordusu, maliyyəsi, resursları yoxdur:

“Təsəvvür edin, İkinci Dünya müharibəsi bitəndən sonra məğlub Almaniya Rusiya, Böyük Britaniya, ABŞ və s. qalib dövlətlərlə bərabərhüquqlu sülh sazişi imzalayır. Belə bir şey mümkündürmü? Əlbəttə yox. Ermənistan işğalçı, təcavüzkar və məğlub dövlət durumundadır. Qalib və məğlub ölkələr eyni şərtlər altında sülh müqaviləsi imzalaya bilməz. Məğlubla qalib arasında sülhdən söhbət gedə bilməz. Söhbət qalib tərəfin şərtləri və diktəsi ilə hazırlanmış müqavilənin imzalanmasından gedir".

Tural Abbaslı: Qalib və məğlub ölkələr eyni şərtlər altında sülh müqaviləsi imzalaya bilməz

Müsahibimiz vurğulayıb ki, Ermənistan beynəlxalq ictimaiyyətin Azərbaycana təzyiqini təşkil etməklə Bakıya sərf etməyəcək sazişə imza atdırmağa çalışır:

"Ona görə də özünə sərf edən nüansları qabardır. Məsələn, Ermənistan üçün əsas nüans ərazi məsələsidir. İrəvan hökuməti ciddi-cəhdlə çalışır ki, Azərbaycan Ermənistanın 29-30 min kv.km. ərazisini rəsmən tanısın. Ancaq Ermənistan öz üzərinə düşəni etmir. 10 noyabr bəyannaməsini heçə sayaraq, Zəngəzur dəhlizinin açılmasına imkan vermir. Konstitusiyadakı ərazi iddialarını aradan qaldırmır. Müxtəlif bəhanələr uydurur. Amma ərazi ilə bağlı konkret rəqəmlər ortaya qoyaraq sülh imzalamağı təklif edir. Halbuki, hələ sərhədlərin delimitasiya və demarkasiya prosesinin çox cüzi hissəsi baş tutub”.

“Şəxsən mən Azərbaycan Respublikasının ərazisini Cümhuriyyət zamanında olduğu kimi 114 min kv.km. görürəm” deyən T.Abbaslı bildirib ki, indiki halda sülhün imzalanması bizim tarixi torpaqlarımızdan imtina anlamına gəlir. Azərbaycanın irəli sürdüyü bütün şərtlərə qeyd-şərtsiz əməl olunmalıdır.

“Yetərincə güzəştə getmişik. Ermənistan mövcud reallıqla üzləşərək sülhə imza atmalıdır", - deyə Tural Abbaslı vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

04 Oktyabr 2024