• Bakı 19° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Ermənistanın yeganə çıxış yolu... - Paşinyan sülh sazişinə imza atmalıdır

SİYASƏT

26 May 2023 | 10:08

Ermənistanın yeganə çıxış yolu... - Paşinyan sülh sazişinə imza atmalıdır

“Nikol Paşinyanın Azərbaycan ərazilərini tanıması yeni məsələ deyil. O, hələ hakimiyyətə gəlməzdən öncə də bu barədə açıqlamaları ilə yadda qalıb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Politoloq bildirib ki, Paşinyan stabil siyasətçi deyil: “Ona görə də, bu gün səsləndirdiyi fikrin bir müddət sonra tam əksini deyə bilər. Rusiya xarici işlər nazirinin sözçüsü Zaxarovanın “Ermənistan mövqeyini dəqiqləşdirməldir” kimi açıqlaması Paşinyanı qeyri-ciddiyə almaqla yanaşı, eyni zamanda Ermənistanın baş nazirinin açıqlamalarının Rusiyanın maraqlarına cavab vermədiyini göstərir. Halbuki Paşinyanın mövqeyi tam aydındır”.

Müsahibimiz son zamanlar sülh danışıqları ilə bağlı bir neçə görüşün baş tutduğunu xatırladıb. E.Alıyev bildirib ki, Ermənistan diplomatik masada da çarəsiz olduğunu anlayıb.

“Hesab edirəm ki, Ermənistan rəhbərliyinin yeganə çıxış yolu işğal təfəkküründən əl çəkmək və təhlükədə olan dövlətçiliyinin poliqona çevrilməsinin qarşısını almaqdır. Buna görə də Paşinyan tez bir zamanda sülh sazişinə imza atmalıdır”, - deyə Ramiz Alıyev vurğulayıb.

Cavad


SON XƏBƏRLƏR