• Bakı 22° C

    7.08 m/s

Etna yenidən püskürdü

DÜNYA

22 May 2023 | 16:49

Etna yenidən püskürdü

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı yenidən aktivləşib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, dünyanın ən aktiv vulkanlarından olan Etna dünən püskürüb.

Vulkan külü bölgəyə çatdığı üçün yaxınlığındakı Kataniya-Fontanarossa hava limanında bütün uçuşlar dayandırılıb.

Aeroport rəsmiləri təhlükəsizlik təmin olunmayana qədər uçuşların həyata keçirilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Avropanın ən böyük və ən aktiv vulkanı kimi tanınan 3330 metr yüksəklikdəki Etna vulkanının sonuncu böyük püskürməsi 1992-ci ildə baş verib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026