• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Pentaqondan Şoyquya CAVAB

DÜNYA

21 Iyun 2023 | 14:35

Pentaqondan Şoyquya CAVAB

“Krım Ukrayna ərazisidir. Ukrayna yarımadanın azad olunması üçün hər şey edə bilər”.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Sabrina Sinq deyib.

Onun sözlərinə görə, ukraynalılar rusları daha da geri itələmək üçün əllərindən gələni edirlər: “Biz isə Ukraynanın suveren ərazilərini geri almaq səylərini dəstəkləyirik”.

Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, ABŞ Rusiyanı məğlub etmək üçün lazım olan müddət ərzində Ukraynanı dəstəkləyəcək.

Ötən gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu demişdi ki, Ukrayna Silahlı Qüvvələri Krıma HIMARS və "Storm Shadow" raketləri ilə zərbə endirməyi planlaşdırır. Onun sözlərinə görə, bu, ABŞ və Böyük Britaniyanın birbaşa olaraq müharibəyə qoşulması deməkdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026