• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Donnarummanın evi qarət edildi

DÜNYA

21 Iyul 2023 | 11:38

Donnarummanın evi qarət edildi

Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumanın Parisdəki evi qarət olunub.

Bakıvaxtı.az "Actu17" nəşrinə istinadən xəbər verir ki, oğurluq hadisəsi iyulun 20-dən 21-nə keçən gecə baş verib.

24 yaşlı qolkiper və sevgilisi həmin vaxt evdə olublar. Onlar cinayətkarların zorakı hərəkətlərinə də məruz qalıblar. Evdən təxminən 500 min avro oğurlanıb.

Donnaruma və sevgilisi qaçırılıb, daha sonra isə yaxınlıqdakı otelə sığınmağı bacarıblar. Otel işçiləri polis çağıraraq cütlüyün qayğısına qalıblar. Onların hər ikisi xəstəxanaya aparılıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026