• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İsveç Ukraynaya yarım milyard avro ayırır

DÜNYA

20 Avqust 2023 | 09:09 | Müəllif: Subhan Mahmudov

İsveç Ukraynaya yarım milyard avro ayırır

İsveç müharibədən zərər çəkmiş Ukraynaya bərpa üçün 500 milyon avro (925,7 milyon manat) ayırmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov “Rada” telekanalının canlı efirində bildirib.

“Hərbi dəstəkdən əlavə İsveç bir neçə il ərzində Ukraynanı bərpa etmək üçün təxminən yarım milyard avroluq strategiya qəbul edib”, - deyə o bildirib. 

Nikiforovun sözlərinə görə, ianəni özəl biznes nümayəndələri də edə bilərlər.

O həmçinin Stokholmun Kaxovka su elektrik stansiyasının dağıdılması nəticəsində zərər çəkmiş ərazilər üçün Kiyevə içməli su nasoslarını verməyi vəd etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026