• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Türkiyə Ukrayna ilə bağlı diplomatik səylərə üstünlük verir" - Ərdoğan

DÜNYA

18 Sentyabr 2023 | 23:01

Türkiyə Ukrayna ilə bağlı diplomatik səylərə üstünlük verir - Ərdoğan

"Ankara Ukraynadakı münaqişəyə son qoymaq üçün diplomatik səylərə üstünlük verir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Prezident Administrasiyasının Kommunikasiyalar Ofisi və SETA tərəfindən təşkil edilən bir sıra Amerika beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə  bildirib.

“Biz Rusiya-Ukrayna müharibəsini ədalətli sülh yolu ilə bitirmək üçün səylər göstəririk və bütün münaqişə zonalarında davamlı sülhün bərqərar olması və Türkiyənin dostlarının sayını artırmaq üçün diplomatiyaya üstünlük verməyə davam edəcəyik”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  BMT Baş Assambleyasının 78-ci sessiyası üçün ABŞ- a səfər edib . Türkiyə liderinin çıxış edəcəyi və bir sıra ikitərəfli zirvə görüşləri keçirəcəyi gözlənilir. Ərdoğan üçün əsas məsələlərdən biri taxıl müqaviləsinin bərpası olacaq. Ekspertlər hesab edirlər ki, Türkiyə prezidenti Qərbi Moskvanın şərtlərini yerinə yetirməyə inandırmağa və Amerika lideri Co Baydenlə şəxsi görüşə nail olmağa çalışacaq. 


SON XƏBƏRLƏR

26 Iyul 2024