• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

ABŞ Qəzza zolağına 100 milyon dollar yardım ayıracaq

DÜNYA

18 Oktyabr 2023 | 21:22 | Müəllif: Subhan Mahmudov

ABŞ Qəzza zolağına 100 milyon dollar yardım ayıracaq

ABŞ Prezidenti Co Bayden həm Qəzza zolağı, həm də İordan çayının qərb sahilindəki mülki şəxslər üçün 100 milyon dollar yardım ayıracağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"Bu pul münaqişə nəticəsində didərgin düşmüş bir milyondan çox fələstinliyə, eləcə də Qəzza zolağında fövqəladə ehtiyaclara dəstək olacaq", - deyə ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 4475-dən çox adam yaralanıb. Ərazidə 1300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026