• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Kadırovun oğluna orden verdi

DÜNYA

17 Noyabr 2023 | 20:16 | Müəllif: Subhan Mahmudov

Rusiya Kadırovun oğluna orden verdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov "Rusiyanın əmək şücaəti" ordeni və "Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına verdiyi töhfəyə görə" 1-ci dərəcəli medalı ilə təltif olunub.

Bakıvaxtı.az bildirir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, "Rusiyanın əmək şücaəti" ümumrusiya ictimai təşkilatının nümayəndələri tərəfindən təşkil olunan tədbir Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində keçirilib.

Qeyd edək ki, bir neçə gün öncə Adam Kadırov 1-ci dərəcəli "İslam dininə xidmətə görə" ordeni ilə təltif edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026