• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kolonna İsrailə gedib çıxa bildi və çağırış etdi

DÜNYA

17 Dekabr 2023 | 19:32 | Müəllif: Subhan Mahmudov

Kolonna İsrailə gedib çıxa bildi və çağırış etdi

Fransanın xarici işlər naziri Ketrin Kolonna İsrailə səfər edə bilib.

Bakıvaxtı.az xəbər verir ki, “Frans-24” Kolonnanın Təl-Əvivdə israilli həmkarı Eli Kohenlə birgə mətbuat konfransında Parisin Fələstin ərazisindəki vəziyyətdən dərin narahat olduğunu vurğulayıb.

“Həddindən artıq çox mülki şəxs ölür. Fransa Qəzzada dərhal və davamlı atəşkəsə çağırır”, - Kolonna bildirib.

O, eyni zamanda, HƏMAS-ın 7 oktyabr hücumunun qurbanlarının unudulmamalı olduğunu da xatırladıb.

Qeyd edək ki, Kolonna İsrailə ötən gün getməliydi. Lakin texniki nasazlığa görə onun təyyarəsi İtaliya üzərindən geri dönmüşdü.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR