• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ekvadorda 48 məhbus həbsxanadan qaçdı

DÜNYA

16 Yanvar 2024 | 18:24 | Müəllif: Subhan Mahmudov

Ekvadorda 48 məhbus həbsxanadan qaçdı

Ekvadorun Esmeraldas əyalətindəki həbsxanada 2 000 əsgər və polisin iştirakı ilə basqın həyata keçirilib. Nəticədə 48 məhbusun qaçdığı müəyyən edilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə yerli Milli kompleks yardım xidməti (SNAI) məlumat yayıb.

İdarədən verilən məlumata görə, reyd yanvarın 14-də təşkil olunub. Təhlükəsizlik protokolları işə salındıqdan sonra qaçan beş məhbus tutulub. Eyni basqın zamanı bir məhbusun ölümü barədə məlum olub, səbəbləri hələ müəyyən edilməyib, SNAI sosial şəbəkədə "X"də öz hesabında bildirib.

Yanvarın 7-də Fito ləqəbli Los Çoneros cinayətkar qrupunun lideri həbsxanadan qaçdıqdan sonra Ekvadorda vəziyyət gərginləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026