• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

F-16-larla bağlı hər şey həll olunub - Ukrayna MN

DÜNYA

15 Fevral 2024 | 16:07

F-16-larla bağlı hər şey həll olunub - Ukrayna MN

"F-16-lar lazımi vaxtda Ukraynada olacaq". 

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü İllarion Pavlyuk telemarafon zamanı deyib.

O qeyd edib ki, qırıcılar pilotların, infrastrukturun, mühəndislərin və digərlərinin hazırlığı başa çatan kimi olacaq, çünki Ukrayna onlardan səmərəli istifadə etməyə və onlara qulluq etməyə hazır olmalıdır.

"F-16 ilə hər şey çox sadədir, bütün qərarlar artıq verilib. Müzakirə mərhələsində qalan heç nə yoxdur. Qərarlar qəbul edilib, plana uyğun hərəkət edirik. Son tarixləri başa düşürük, biz bu müddətlərdə nə edilməli olduğunu başa düşürük”, - deyə o bildirib.

Pavlyuk əlavə edib ki, F-16-ların Ukraynaya tədarükünün dəqiq tarixi ilə bağlı məlumat açıqlanmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026