• Bakı 20° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Putin prezident seçkilərində səs verdi

DÜNYA

16 Mart 2024 | 11:07

Putin prezident seçkilərində səs verdi

Kremldən verilən açıqlamaya görə, Rusiya prezidenti Vladimir Putin Moskva vilayətindəki iqamətgahında Rusiya prezidentliyinə uzaqdan elektron səsvermə keçirib.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, Rusiyada prezident seçkiləri martın 17-dək davam edəcək. Ölkədə prezident seçkiləri ilk dəfə üç gün ərzində və federal dairələrin demək olar ki, üçdə birində uzaqdan elektron səsvermə sistemi ilə keçirilir.

Prezidentliyə 4 namizədin mübarizə apardığı seçkidə indiki prezident Vladimir Putin Vahid Rusiya Partiyasının dəstəyi ilə müstəqil namizəd olub. Liberal Demokrat Partiyasının sədri Leonid Slutski öz partiyasından, Nikolay Xaritonov Kommunist Partiyasından, Vladislav Davankov isə Yeni Xalq Partiyasından namizəd kimi seçki bülletenində öz yerini tutub. Yeni seçiləcək prezident 6 il vəzifəsində qalacaq. Seçilmək şansı çox yüksək olan Putin yenidən seçki qutusunu qazanacağı təqdirdə 5-ci dəfə Rusiya prezidenti olacaq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026