• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabiq səfirə 15 il həbs cəzası verildi

DÜNYA

15 Aprel 2024 | 10:05

Sabiq səfirə 15 il həbs cəzası verildi

ABŞ-ın keçmiş səfiri Viktor Manuel Roça Mayami federal hakimi tərəfindən 15 il həbs cəzasına məhkum edilib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, eks-səfir onilliklər ərzində Kubada məxfi agent kimi ikili həyat sürürmüş.

Roçanın indi 73 yaşı var və çox güman ki, ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirəcək.

Roça ABŞ hökumətini aldatmaqda və Mayamidə qeyri-qanuni xarici agent kimi fəaliyyət göstərməkdə təqsirli bilinib. Bu iki cinayətə görə maksimum 5 və 10 il həbs cəzası nəzərdə tutulur.

Keçmiş səfir rəsmi olaraq casusluqda ittiham olunmasa da, yüksək rütbəli federal məmurlar onu ABŞ hökuməti üçün xarici casusluq tarixində ən pis cinayətkarlardan biri kimi təsvir ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026