Yeddilik Qrupu (G7) ölkələri ballistik raketlərin Rusiyaya ötürülməsi halında İrana yeni “əhəmiyyətli” tədbirlərlə cavab verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə assosiasiya rəhbərlərinin bəyanatında deyilir.
“Əgər İran Rusiyanı ballistik raketlər və ya müvafiq texnologiyalarla təchiz etməyə başlayarsa, biz İrana qarşı yeni və əhəmiyyətli tədbirlər də daxil olmaqla, tez və koordinasiyalı şəkildə cavab verməyə hazırıq”.
G7 qeyd edib ki, İranın bu cür hərəkətləri regional destabilizasiyanı gücləndirəcək.
Mina Mikayılova
















