• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiya Odessanı raket atəşinə tutdu: ölənlərin sayı artdı - YENİLƏNİB

DÜNYA

16 Mart 2024 | 00:51

Rusiya Odessanı raket atəşinə tutdu: ölənlərin sayı artdı - YENİLƏNİB

Odessada martın 15-i günortadan sonra Rusiyanın raket hücumları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Baş Prokurorluğu 73 nəfərin yaralandığı barədə məlumat vermişdi.

Axtarış-xilasetmə əməliyyatı davam etdirilir, dağıntılar təmizlənir, hücumun nəticələri aradan qaldırılır.

 

16:21

Rusiya Silahlı qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 46 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Odessa vilayətinin administrasiya rəhbəri Oleq Kiper deyib.

    O, ərazidə xilasetmə işlərinin davam etdiyini deyib.

    ...

    16:08

    Rusiya Silahlı qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Odessa vilayət prokurorluğu məlumat yayıb.

      Məlumata əsasən, bu ilkin məlumatdır, ölən və yaralananların yekun sayı, eləcə də dağılan, zədələnən tikililərin tam siyahısı barədə məlumatlar hazırlanır.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      23 Noyabr 2026