• Bakı 21° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Zelenski: Hər gün gecikdirilən yardım...

DÜNYA

14 Aprel 2024 | 22:36 | Müəllif: Subhan Mahmudov

Zelenski: Hər gün gecikdirilən yardım...

Dünyada istənilən raketləri, "Şahid" və digər terror vasitələrini dayandırmaq üçün lazım olan hər şey var.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski X sosial şəbəkə səhifəsində yazıb.

"Dünyaya yalnız real, etibarlı təhlükəsizliyi bərpa edə biləcək həllər lazımdır. Ukrayna Rusiya terrorunu dayandıra bilər, öz həyatını, bütün Avropanın və dünyanın digər regionlarının həyatını şərin yayılmasından qoruya bilər. Məhz buna görə bizim tərəfdaşlarımızın dəstəyinə ehtiyacımız var və hər gün gecikdirilən yardım yeni dağıdılmış evlər, əlavə dağılmış həyat deməkdir.

Dünyada terrorla mübarizədə kömək edən hər kəsə təşəkkür edirəm. Şərin üstünlük əldə etməməsi üçün hər şeyi edənlərə təşəkkür edirəm",- o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR