• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Pakistanda partlayış - 5 nəfər öldü

DÜNYA

14 May 2024 | 21:21 | Müəllif: Subhan Mahmudov

Pakistanda partlayış - 5 nəfər öldü

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb.

Məlumata görə, Əfqanıstanla həmsərhəd olan Hayber Pahtunhva əyalətinin şimal-qərbindəki Cənubi Vəziristan dairəsində yerləşən Tanqi Badinzay rayonunda yaşayış binasına əldəqayırma partlayıcı qurğu yerləşdirilib və partlayıcı məsafədən idarə olunan qurğu ilə işə salınıb.

Son məlumatlara görə, partlayış nəticəsində azı 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlər arasında iki qadın və bir uşaq da var.

Hadisə yerində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026