• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rus generalın məhkəməsi: Erməni iş adamı həbs edildi

DÜNYA

14 May 2024 | 21:44 | Müəllif: Subhan Mahmudov

Rus generalın məhkəməsi: Erməni iş adamı həbs edildi

Moskvanın Basmannı məhkəməsi Rusiya Müdafiə Nazirliyinin Kadrlar üzrə Baş İdarəsinin rəisi Yuri Kuznetsovun cinayət əməlində iştirak edən Lev Martirosyan barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

İstintaqın məlumatına görə, o, hərbçiyə rüşvət verib. İstintaq materiallarından belə anlaşılır ki, Kuznetsov Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsində xidmət edərkən Martirosyanla şəxsən tanış olub.

Axtarış zamanı müstəntiqlər Kuznetsovun evindən 100 milyon rubl, qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar tapıblar.

Qeyd edək ki, Martirosyan 1971-ci ildə Ermənistan SSR-də anadan olub və Krasnodarda yaşayır. Onun fərdi sahibkar olduğu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026