• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanla sərhəddən çıxarılan Rusiya hərbçiləri hara aparılacaq?

DÜNYA

14 May 2024 | 19:55 | Müəllif: Subhan Mahmudov

Azərbaycanla sərhəddən çıxarılan Rusiya hərbçiləri hara aparılacaq?

Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını Azərbaycanla demarkasiya xəttinə geri çəkməyi İrəvan xahiş edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə namizəd Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını Azərbaycanla demarkasiya xəttinə geri çəkməyi və hüquqi olaraq müəyyən edilməmiş ərazilərdə yerləşdirməməyi xahiş edib.

"Bu barədə qərar qəbul edilib və tezliklə İrəvandakı "Zvartnots" hava limanında sərhəd-keçid məntəqəsi bağlanacaq", - Bortnikov deyib.

Bortnikov həmçinin, Rusiya sərhədçilərinin bir hissəsinin Ermənistanda qalaraq, ölkənin Türkiyə və İranla sərhədini qoruyacağını əlavə edib./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026