• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Macarıstandan müharibə elanı kimi bəyanat

DÜNYA

16 Mart 2024 | 12:20

Macarıstandan müharibə elanı kimi bəyanat

15 Mart Macarıstanın Azadlıq Günü münasibəti ilə ictimaiyyətə müraciət edən Macarıstanın Baş naziri Viktor Orban qarşıdan gələn AP seçkiləri ilə bağlı fikirlərini və Brüssellə bağlı tənqidlərini bildirib.

Bakıvaxtı.az "Haber7"yə istinadən xəbər verir ki, iyun ayında keçiriləcək seçkilərdə Brüssel və Macarıstanın azadlığına üstünlük veriləcəyini bildirən Orban, macar xalqının öz azadlığına və suverenliyinə bağlı olduğunu vurğulayıb.

“Macarıstanın azadlığını və suverenliyini qorumaq istəyiriksə, Brüsseli işğal etməkdən başqa çarəmiz yoxdur. Biz Brüsselə yürüş edib Avropaya özümüz dəyişiklik gətirəcəyik" .

Orban, köklü dövlət olduqlarını və Avropa Birliyində (AB) dəyişikliyə təşəbbüs göstərəcəklərini bildirib.

O, ölkəsinin müharibə deyil, sülh istədiyini, lakin Brüsselin müharibənin tərəfdarı olduğunu, təhlükəsizlik əvəzinə qanunun aliliyi adı altında problemlər yaratdığını və firavanlıq əvəzinə maliyyə şantajı ilə məşğul olduğunu iddia edib:

"Bu il isə dönüş olacaq. İlin əvvəlində tək idik, ilin sonunda dünyada çoxluq təşkil edəcəyik” .

Günəş Mərd 



Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR