• Bakı 20° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Paşinyan Tokayevlə görüşdü

DÜNYA

15 Aprel 2024 | 11:13

Paşinyan Tokayevlə görüşdü

Ermənistana rəsmi səfər edən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev prezident iqamətgahına gəlib. Ermənistan prezidentinin iqamətgahında Tokayevin təntənəli qarşılanma mərasimi keçirilib.

Bakıvaxtı.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan iqamətgahda Qazaxıstan prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin iştirakı ilə təntənəli mərasim keçirilib, Ermənistan və Qazaxıstanın dövlət himnləri səsləndirilib, Paşinyan və Tokayev Ermənistan və Qazaxıstan nümayəndə heyətlərinin üzvlərini salamlayıblar.

Rəsmi qarşılanma mərasimindən sonra baş naziri Nikol Paşinyanla Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında təkbətək görüş olub.

Tokayevin prezident Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyanla da görüşləri gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026